27 May, 2011
Bakı Dövlət Universitetinə kimin adı veriləcək?

Abel Məhərrəmov: “Xalq Cümhuriyyətinin qurucularına həsr olunmuş kompleks abidənin yaradılmasını dəstəkləyə bilərik”

Bakı Dövlət Universitetinə Heydər Əliyevin adı verilə bilər. 
Bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitenin rektoru Abel Məhərrəmov deyib: “Universitetə ya dünya şöhrətli siyasətçinin, ya da elm korifeyinin adı verilə bilər. Heydər Əliyev BDU-nun tələbəsi, özü də dünya şöhrətli tələbəsi olub. Rəsulzadə isə bu universitetdə dərs keçib. BDU-da Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcılarının xatirəsinə abidə kompleksi ucaldıla bilər”.
Abel Məhərrəmov onu da bildirib ki, dövlət tərəfindən müvafiq qərar verilərsə, BDU-da Xalq Cümhuriyyətinin qurucularına həsr olunmuş kompleks abidənin yaradılmasını dəstəkləyəcəklərlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!