20 Fevral, 2017
İstanbulda partlayış olub- XƏSARƏT ALANLAR VAR

İstanbulun Küçükçekmece rayonunda şirniyyat mağazasında məişət qazının sızması nəticəsində partlayış baş verib. Türk mətbuatı xəbər verir ki, nəticədə 7 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. İnformasiyaya əsasən, partlayış rayonun Kanarya məhəlləsində 3 mərtəbəli binanın girşindəki şirniyyat dükanında baş verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!