20 Fevral, 2017
Bakıda yeni doğulan körpə ölüb

Bakıda körpə ölümü baş verib. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Dünən doğulan körpə naməlum səbəbdən bu gün dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!