20 Fevral, 2017
Azərbaycandakı səfirlər və xanımları Şəkiyə və Qaxa gedəcəklər

Azərbaycanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərlərinin və onların xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunub. Bu barədə Simsar.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki, səfəri Azərbaycan Respublikası Prezident Administrasiyası və XİN təşkil edib. Səfər çərçivəsində diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Şəki və Qax rayonlarının tarixi yerlərini, mədəniyyət abidələrini ziyarət edəcək, yerli adət-ənənələr, sənətkarlıq nümunələri və regionun turizm imkanları ilə tanış olacaqlar.Səfər fevralın 21-dək davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!