18 Fevral, 2017
Daha bir itkin neftçinin meyidi tapıldı

Ötən gün Xəzərin sahilində balıqçılar tərəfindən cəsədi aşkarlanan şəxsin kimliyi məlum olub. Simsar.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə yazıb. O qeyd edib ki, Hamamdağ ətrafında balıqçıların dənizdən tapdığı cəsəd N.Nərimanov adına NQÇİ-də baş verən qəza vaxtı itkin düşmüş neftçıxarma operatoru Vidadi Qurbanova aiddir: “Qəza vaxtı itkin düşənlərin cəsədlərindən biri təsadüfən tapılıb, ikisini isə FHN yox, yerli balıqçılar tapıb”.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!