18 Fevral, 2017
Hacı Şahin Həsənli Simsar.az -ı təbrik etdi: "İşinizin öhdəsindən uğurla gəlirsiniz"

İlahiyyatçı alim Hacı Şahin Həsənli Simsar.az saytını 6 yaşı münasibətilə təbrik edib: “Simsar.az saytının kollektivini uğurlu fəaliyyətinə  görə  təbrik edirəm. Həmişə obyektivliyi ilə seçilən bir sayt kimi tanınıb. Istənilən mövzuya obyektiv yanaşıb. Obyektivlik də mətbuat üçün çox önəmlidir. Jurnalist peşəsi müqəddəs peşədir, çünki müxtəlif hadisə ilə bağlı fikirləri mətbuat formalaşdırır. Hesab edirəm ki, bu işin öhdəsindən uğurla gəlirsiniz. Bir daha təbrik edirəm və gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Nihadə Eyyubova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!