17 Fevral, 2017
Bakıda polis maşını yolda qaldı

Bakıda yol polisinin avtomobili xarab olaraq yolda qalıb. Hadisə şahidlərinin milli.az-a verdiyi məlumata görə, hadisə Bakının Yasamal rayonunda - Tbilisi prospekti ilə Cavad Xan küçəsinin kəsişməsində, 20 Yanvar dairəsinə gedən yolda baş verib. Yol polisinin köməyinə yoldan keçən vətəndaşlar çatıblar. Onlar avtomobilin yoldan kənara çəkilməsinə kömək ediblər.

Eyni vaxtda Cavad Xan küçəsi ilə Tbilisi prospekti istiqamətində 165 nömrəli marşrut üzrə hərəkətdə olan avtobus da qarlı yoxuşu qalxa bilmədiyindən yolda qalıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!