17 Fevral, 2017
Aydan Şener: "Onu hər zaman təmiz və gülər üzü ilə xatırlayacam" - ÖZƏL

Tanınmı. aktrisa, türk filminin "Çalıquşu"su Aydan Şener rejissor Şahin Zəkizadə ilə bağlı xatitrələrini Simsar.az-la bölüşüb. “Şahin Zəkizadə ilə 4il əvvəl tanış olmuşam. Birlikdə işləmək imkanımız olmuşdu. İstanbulda görüşdük, bir reklam filmi ilə bağlı razılığa gəldik. Sonra mən Bakıya gəldim. Çox gözəl dost, istedadlı insan idi. Onu hər zaman təmiz və gülər üzü ilə xatırlayacam. Təbii ki, ölüm qarşısında çox çarəsiz oluruq. Sözlər yetmir. Deyiləcək söz tapa bilmirəm. Çox gənc yaşında itirdik. Yaşasaydı gözəl işlərə imza atacaqdı, çünki uğurlu bir  rejissor idi. İstanbulda işlər görmək istəyirdi. Bütün ailəsinə, tanışlarına, dostlarına baş sağlığı verirəm”.

Nihadə Eyyubova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!