27 May, 2011
Artıq hamısı azadlıqda

Əfv sərəncamının icrası başa çatıb

Azərbaycanda əfv sərəncamının icrası başa çatıbçatıb.

Simsar.az-ın məlumatına görə, sərəncamda adı cəzasının çəkilməmiş hissəsindən azad edilənlərin siyahısına düşən məhbusların bu gün səhər saatlarından cəzaçəkmə müəssisələrindən azad olunmasına başlanılıb, proses günorta saatlarında başa çatıb. 


Qeyd edək ki, əfv sərəncamı ümumilikdə 90 məhbusa şamil edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 70 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azalıb, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub, cərimə cəzasına məhkum edilmiş 6 nəfər isə cəzadan azad edilib.

Cəzasının çəkilməmiş hissəsindən azad edilənlər arasında Eynulla Fətullayev, Eldəniz Lahıcov, Müşfiq Mədətov, Anar Namazov, Akif Məhərrəmov da var.

Azərbaycan prezidenti bir neçə əcnəbi məhbusu da əfv edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!