16 Fevral, 2017
Gəncədə nikah bağlamağa gələn gənci avtomobil vurdu

Gəncə şəhərində "ASAN xidmət"ə nikah bağlamağa gedən gənci avtomobil vurub. Hadisə şəhərin Heydər Əliyev prospektində, "ASAN xidmət"in yaxınlığında baş verib.

Belə ki, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədzadə Kamran Eldar oğlu yolu keçmək istəyərkən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Hüseynov Tural Azər oğlunun idarə etdiyi 20-DA-991 dövlət nömrə nişanlı "Fort-Tranzit" markalı avtomobillə vurulub.

Yaralı yaxınlıqdakı Gəncə Beynəlxalq Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən yaralının vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, K.Məmmədzadə Şəmkir rayonundan Gəncəyə nikah müqaviləsi bağlamaq üçün "ASAN" xidmətə gedirmiş. (“Report”)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!