16 Fevral, 2017
Bu rayonlarda su yoxdur

Bakının Nəsimi rayonu Bakıxanov küçəsindən keçən 500 mm diametrli magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər var. Simsar.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!