16 Fevral, 2017
Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

Fevralın 17-də İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Azərbaycan, Türkiyə və Gürcüstan arasında 5-ci dəfədir təşkil ediləcək üçtərəfli biznes-forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Bildirilir ki, tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!