15 Fevral, 2017
Avtomobildən 29 min manat və 10 min ABŞ dolları oğurlandı

Bakıda avtomobildən oğurluq olub. “Report”un xəbərinə görə, Binəqədi rayonu, C.Xəndan küçəsi 60 ünvanının qarşısında dayanacaqda 1968-ci il təvəllüdlü Bəxtiyar Mahmudova məxsus “Subaru” markalı avtomobildən külli məbləğdə pul oğurlanıb. Belə ki, naməlum şəxs əlini açıq yan şüşədən salmaqla avtomobildə olan 29 min manat və 10 min ABŞ dolları oğurlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!