15 Fevral, 2017
Qırğızıstanda prezident seçkilərinin vaxtı bilindi

Qırğızıstanda növbəti prezident seçkiləri noyabrın 19-da keçiriləcək. Simsar.az-ın məlumatına görə, bu barədə Prezident Almazbek Atambayevin mətbuat xidməti bəyan edib.Qeyd edək ki, Qırğızıstan Konstitusiyasına əsasən, ölkə prezidenti bir dəfə 6 il müddətinə seçilir.Hazırkı dövlət başçısı A.Atambayevin səlahiyyət müddəti 2017-ci ilin payızında bitir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!