14 Fevral, 2017
Həyat yoldaşını bıçaqladığına görə 12 il iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Seymur Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Soltanov 11 il 3 ay azadlıqdan məhrum edilib. İttihama görə, ötən ilin iyun ayında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan 1976-cı il təvəllüdlü S.Soltanov həyat yoldaşı 1978-ci il təvəllüdlü Cəmilə Soltanovaya bıçaqla xəsarət yetirib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. S.Soltanov könüllü olaraq polisə gəlib. O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!