14 Fevral, 2017
Maskalı şəxslər evdən 13 min manat aparıb - HACIQABULDA

Hacıqabulda  3 nəfər maskalı evdən 13 min manat pul oğurlayıb.  APA-nın məlumatına görə, fevralın 13-də gecə saatlarında Hacıqabul rayonunun Qubalı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Kazım Fazil oğluna məxsus fərdi yaşayış evinə girən 3 maskalı şəxs ailə üzvlərini qorxudaraq mənzildən 13 min manat pulu götürərək qaçıb. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!