13 Fevral, 2017
Müdafiə Nazirliyi dövlət ehtiyacları üçün torpaq sahəsi alacaq - QƏRAR

Müdafiə Nazirliyi dövlət ehtiyacları üçün torpaq sahəsi alacaq. "Report"un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti "Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib.

Dəyişikliklə Beyləqan rayonunun Milabad qəsəbəsində "Mil-Qarabağ" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Mil" üzüm emalı zavodunun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan 9,71775 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində 12422,9 kvadratmetr ərazidə yerləşən bina və qurğuları dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müəyyən edilib.

Müdafiə Nazirliyi torpaq sahəsinin, üzərindəki bina və qurğuların dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini qanunun tələblərinə uyğun olaraq həyata keçirməli və Nazirlər Kabinetinə müvafiq təkliflərini təqdim etməlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!