13 Fevral, 2017
Putinlə Trampın görüş vaxtı bilindi

Rusiya və ABŞ prezidentlərinin görüşü bu ilin iyul ayında keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə məlumatı təsdiqləyən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla belə hazırda görüşlə bağlı konkret detalların olmadığını bildirib.

"Hələlik hansısa konkret müddət yoxdur. Bu ilin iyul ayında Almaniyada G 20 sammiti keçiriləcək. Orada prezidentlər bu və ya digər şəkildə  görüşəcəklər. Lakin bildiyiniz kimi görüşün daha tez keçirilməsinin mümkünlüyündən söhbət gedirdi. Hələlik bu barədə konkretlik yoxdur", - deyə o vurğulayıb

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!