13 Fevral, 2017
Ziya Məmmədov işdən çıxarılmasından danışdı:"Şərh vermək istəmirəm"

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsinə Ziya Məmmədov münasibət bildirib.

Simsar.az-ın musavat.com-a istinadən xəbərinə görə, Z.Məmmədov açıqlamasında deyib ki, bu mövzunu hələlik şərh etmək istəmir: "Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nolacaq, necə olacaq". Sabiq nazir "indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı" sualına belə cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!