13 Fevral, 2017
24 min siqareti maşının buferində gizlətdi

Gömrük nəzarətindən gizlədilmiş 24 min ədəd siqaret aşkar olunub. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön buferinin içərisindən gömrük nəzarətindən gizlədilən 24 min ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!