13 Fevral, 2017
Türkiyənin sərnişin təyyarəsi İranda məcburi eniş etdi

Türkiyənin "Pegasus Airlines" aviaşirkətinə məxsus təyyarə İranın İsfahan şəhərində məcburi eniş etməli olub.

Trend bildirir ki, Bəhreyn istiqamətində hərəkət edən təyyarə sərnişinlərdən birinin özünü pis hiss etməsi səbəbindən məcburi eniş edib.

Sərnişinə İsfahanda tibbi yardım göstərildikdən dərhal sonra təyyarə Bəhreynə uçuşunu davam etdirib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!