11 Fevral, 2017
Bakı Hava Limanında oğurluq olub

Simsar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.

Məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də H.Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində Sumqayıt şəhər sakini Müşviq Bəşirzadənin içərisində 1008 ABŞ dolları, 90 Türk lirəsi, 1 avro və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vəzir Əliyev tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!