11 Fevral, 2017
450 manat pul və qızıl əşyalar oğurlayan qadın tutulub

Bakıda oğurluqda şübhəli bilinən qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Xətai rayon 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 12-də Bakı şəhər sakini Ülviyyə Abbasovanın evindən 450 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini Aysel Məmmədova tutulub.

Faktla bağlı araşdırma aparılır.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!