11 Fevral, 2017
Uıçqunda ölən əsgərimizin nəşi Ağcabədiyə aparıldı

Xəbər verdiyimiz kimi, fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub. Simsar.az-ın məlumatına görə, Müdafiə Nazirliyindən unikal.org-a bildirilib ki, həlak olan əsgər Rüstəmov Ülvi Əhməd oğlunun nəşi hadisə yerindən çıxarılaraq götürülüb. Ü.Rüstəmovun nəşi bu gün dəfn olunması üçün doğulduğu Ağcabədi rayonuna aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!