10 Fevral, 2017
İsrail Səfirliyinin əməkdaşları Lapşinlə görüşüb

Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Aleksandr Lapşin fevralın 10-da vətəndaşlığını daşıdığı İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları ilə görüşüb.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib

"Görüş beynəlxalq hüquq normalarına uyğun olaraq İsrailin Azərbaycan Respublikasındakı Səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutmuşdur", - deyə, E.Sultanov əlavə edib..


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!