10 Fevral, 2017
Sumqayıtda yanğın: 30 nəfər təxliyyə olundu

Sumqayıtda yaşayış binasında yanğın olub. Simsar.az-ın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində dördmərtəbəli binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 2 p.m kabel yanıb. Yanğın zamanı 1 nəfər bədən xəsarəti, 2 nəfər isə tüstüdən zəhərlənmiş halda aidiyyəti üzrə təhvil verilib. Həmçinin 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!