10 Fevral, 2017
Nazirlik: Dərmanlarla bağlı yayılan məlumat yalandır

Səhiyyə Nazirliyi bəzi dərman preparatlarından 3-12 yaşlı 12 uşağın ölümünə səbəb olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Nazirlikdən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, Azərbaycanda belə hal qeydə alınmayıb: "Yayılan xəbərlər yanlışdır və həqiqətə uyğun deyil. Bu xəbərlər müxtəlif dövrlərdə və ölkələrdə həmin dərmanların əks təbliğatını aparmaq üçün yayılan spamlar-viruslardır". Nazirlik valideynləri yayılan belə xəbərlərə inanmamağa çağırıb. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan xəbərlərə görə, 3-12 Yaşlı 12 uşaq qəflətən ölüb. Yarılma nəticəsində məlum olub ki, uşaqların hamısı dərman preparatından baş verən allergiyanın qurbanı olub. Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq mümkün olmayıb. Onlar ya evdə, ya da xəstəxana yolunda keçiniblər. Hazırda polis iş üzrə araşdırma aparır, amma bütün dərman preparatlarını satışdan götürmək mümkün olmayıb. Məlum olub ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə kontraband yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!