10 Fevral, 2017
Yunanıstan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir

“Yunanıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir”. Apa-nın məlumatına görə, bunu Yunanıstanın Azərbaycandakı səfiri Dimitros Tsounqas dedi. “Yunanıstan ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həlli ilə bağlı səyləri dəstəkləyir. Azərbaycanı dəstəkləmək məsələsində Yunanıstan başqa cür hərəkət edə bilməz. Yunanların da Kiprdə oxşar problemi var. Bu mübahisə 40 ildən çoxdur davam edir. Mən sizin ölkəyə bu məsələdə səbr diləyirəm”, - deyə səfir vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!