10 Fevral, 2017
Mənşəyi məlum olmayan ət aşkarlandı

Sabirabad rayonunda mənşəyi məlum olmayan ət aşkarlanıb. Daxili İşlər Nazirliyindən (DİN) Simsar.az-a verilən məlumata görə, fevralın 9-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru, Sabirabad RPŞ və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Xəlfəli kənd sakini Əlifxan Şahverdiyevin həyətinə baxış zamanı ümumi çəkisi 600 kiloqram mənşəyi bilinməyən ət aşkar edilərək götürülüb. Qeyd edilən ətdən götürülən nümunə ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təhvil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!