9 Fevral, 2017
İran Mərkəzi Bankının rəhbəri Azərbaycana gələcək

İran Mərkəzi Bankının rəhbəri Vəliullah Seif gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, fevralın 12-13-də baş tutacaq səfər çərçivəsində V.Seif Bakıda iranlı iş adamları üçün bank əməliyyatlarının sadələşdirilməsi, iki ölkə arasında bank sektorunda əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!