9 Fevral, 2017
SOCAR büdcə ödənişini 9% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 128,187 mln. manat vəsait ödənilib. SOCAR-a xəbər verir ki, bu göstərici 2016-cı ilin yanvar ayı ilə müqayisədə 10,505 mln. manat və ya 8,9% çox olub.

Bundan əlavə, cari ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,507 mln. manat vəsait köçürüb. Bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2,379 mln. manat və ya 23,5% çoxdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!