9 Fevral, 2017
Milli Komandamız növbəti uğurunu “SuperSun”la qazanıb

Simsar.az xəbər verir ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komanda Türkiyənin  İstanbul  şəhərində keçirilən 15-ci Beynəlxalq Mətbəx Festivalında iştirak edib. 27 ölkədən 1800 aşpazın yarışdığı festivalda komandamız 4 qızıl, 4 gümüş, 5 bürünc medal, 3 komanda sinfindən bir gümüş medal, 3-cü yer üzrə kubok, 4-cü yer üzrə fərqlənmə diplomu ilə təltif olundu.Yeməklərin “Super Sun” yağı ilə bişirilməsi ölkəmizin 16 sinifdən 15-ində yüksək nəticə əldə komandamız  yüksək nəticə göstərməsində mühüm rol oynayıb.

Qeyd edək ki, Milli Kulinariya Komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan bu  yağlar ilə hazırlanmış yeməklər gözəl tamı ilə hər zaman istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanır. “Azərsun Holdinq”ə məxsus fabriklərdə istehsal olunan bu məhsullar yağa olan ölkə daxili tələbatı ödəməklə bərabər həm də Azərbaycanın ixrac potensialının yüksəlməsinə böyük töhfə verir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!