9 Fevral, 2017
Mariya Zaxarova: “Polad Bülbüloğlunu sevirik”

"Azərbaycanın Rusiyadakı səfiri bizim üçün səfirdən artıqdır. Biz hamımız onu sevirik, lap çoxdan onu ölkəmizin ulduzu hesab edirdik. İndi də belə düşünməkdə davam edirik". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsi ilə bağlı dediyi fikirləri bölüşürük. Fikrimcə, münasibətləri daha da inkişaf etdirmək olar. Hesab edirəm ki, mükəmməlliyinin hüdudu yoxdur”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!