9 Fevral, 2017
Xarici səfirlər Cocuq Mərcanlıya gedəcəklər

Gələn həftə xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpusun nümayəndələri  Cocuq Mərcanlıya gedəcəklər. APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. O bildirib ki, səfəri Xarici İşlər Nazirliyi təşkil edib. Səfərin məqsədi Cocuq Mərcanlıda aparılan abadlıq işləri və planlarla tanış olmaqdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!