9 Fevral, 2017
Evlənmək istəyənlərdə xəstəlik tapıldı

Bu günə kimi nikaha daxil olmaq istəyən 238 509 nəfər tibbi müayinədən keçib. Səhiyyə Nazirliyindən Simsar.az-a verilən məlumata görə, son bir ayda isə bu rəqəm 10 215 nəfər təşkil edib. Ümumilikdə isə müayinədən keçən 10 501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə QİÇS aşkar olunub. Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!