8 Fevral, 2017
"Lapşini müdafiə edənlərin nədən Dilqəm Əsgərovu yada salmamasının səbəblərini bilirik”

“Lapşin Azərbaycana ekstradisiya edilməsi yaxşı xəbər oldu. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımıza səfərlər edən və işğalçıları dəstəkləyən açıqlamalar verənlərə və bu fikirdə olanlara ciddi xəbərdarlıq olacaq”. Simsar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Qənirə Paşayeva çıxış edib. Millət vəkili qeyd edir ki, bu məsələdə ölkəmizin prinsipallığı və ədalətli yanaşma sərgiləyən Belarus prezidentinin mövqeyi ciddi rol oynadı: “Ermənilərin aylardır qeyri-qanuni girov saxladığı Rusiya vətəndaşı olan Dilqəm Əsgərovla bağlı heç bir addım atmayan amma bir neçə ölkə vətəndaşı olan və Rusiya vətəndaşlığı da olan Lapşinin Azərbaycana verilməməsi üçün böyük canfəşanlıq göstərən Rusiya XİN-in bütün təsir, təzyiq və açıqlamaları anlamsız oldu. Lapşini müdafiə edənlərin nədən Dilqəm Əsgərovu yada belə salmamasının səbəblərini isə hamımız bilirik”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!