8 Fevral, 2017
Azərbaycan Lapşinə vəkil təyin etdi

Aleksandr Lapşinə Azərbaycan dövləti tərəfindən vəkil təyin olunub. “Qafqazinfo” xəbər verir ki, vəkil Səfər Hüseynov onun müdafiəçisi olub. Bu gün isə S.Hüseynov A.Lapşinə təqdim ediləcək. Blogger Azərbaycan dövləti tərəfindən təyin olunan vəkildən imtina da edə bilər, razılaşıb müqavilə də bağlaya bilər.

S.Hüseynov açıqlamasında faktı təsdiqləyib və bildirib ki, hələlik A.Lapşinlə görüşməyib: “Onunla görüşəcəyəm. Hazırda harada saxlanılmasını bilmirəm. Başqa bir məlumatım yoxdur. Lapşinin işi ilə bağlı hələ heç nə bilmirəm. Bundan sonra yenə onun vəkili kimi təyin olunub-olmayacağımı da bilmirəm”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!