7 Fevral, 2017
Tarif Şurası: Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib

Tarif (qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə yayılan məlumatlar əsassızdır. Bu barədə Trend-ə Tarif Şurasından məlumat verilib. Xatırladaq ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib.

Bu tariflər 2014-ci il 1 yanvar tarixindən qüvvəyə minib və hazırda da qüvvədədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!