7 Fevral, 2017
Gürcüstanın ədliyyə naziri Azərbaycana gəlir

Gürcüstanın ədliyyə naziri xanım Tea Tsulukiani fevralın 10-da Azərbaycana səfər edəcək. “Report”un Gürcüstan bürosu xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində xanım nazir Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və digər rəsmi şəxslərlə görüşəcək.

Səfərdə məqsəd iki ölkənin Ədliyyə nazirlikləri arasında, eləcə də penitensiar, notarial və digər ədliyyə orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri, birbaşa əlaqələrin qurulması imkanları müzakirə olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!