7 Fevral, 2017
Mübariz İbrahimov doğum günündə anılıb

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anım mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi qulluqçular M.İbrahimovun məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar. Tədbirdə Milli Qəhrəmanın həyat yoluna nəzər salınıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edilib. Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra gənclərə örnək olacaq bir ad-san qoyub gedib.

Sonra Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə güllər düzülüb.

Tədbirin sonunda Müdafiə Nazirliyinin hərbi qulluqçuları Mübariz İbrahimovun ailəsinə baş çəkərək valideynləri ilə görüşüblər.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!