7 Fevral, 2017
Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Simsar.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra).

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!