7 Fevral, 2017
Tramp: Putini tanımıram

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini tanımadığını və Rusiyada biznes fəaliyyəti göstərmədiyini bəyan edib. Trend-in məlumatına görə, D.Tramp "Tvitter"dəki səhifəsində yazıb: "Mən Putini tanımıram, Rusiyada hər hansı bizneslə məşğul olmuram - düşmənlər dəli olur. Amma Obama terrorda nömrə bir olan İranla sövdələşmə bağlaya bilər - bu halda problem yoxdur".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!