7 Fevral, 2017
Ukraynada girov götürülən azərbaycanlı iş adamı azad olunub

Ukraynada daha bir azərbaycanlı iş adamı girov götürülüb. APA-nın məlumatına görə, 1977-ci il təvəllüdlü Eldar İsgəndərov paytaxt Kiyev şəhərində yaşadığı mənzilin qarşısında oğurlanıb. Bir müddət sonra E. İsgəndərov qohumlarının səyi nəticəsində pul müqabilində azad olunub.

Xatırladaq ki, son bir neçə ildə Ukraynada azərbaycanlı iş adamlarının və övladlarının oğurlanaraq pul müqabilində azad olunmaları faktları aşkarlanıb. Bununla bağlı ötən ilin sentyabrın 14-də Ukraynada yaşayan azərbaycanlılar Kiyevdə Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər, erməni əsilli nazir Arsen Avakovu baş verənlərlə bağlı ittiham ediblər. Bunun ardınca Azərbaycanın baş prokuroru Zakir Qaralov ukraynalı həmkarı Yuriy Lutsenkoya müraciət edib. Azərbaycanın Ukraynadakı səfirliyinin yaydığı məlumatda bildirilirdi ki, Ukrayna baş prokurorluğu bununla bağlı ölçü götürəcəyini açıqlasa da, indiyədək heç bir cinayət işi açılmayıb, araşdırma aparılmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!