7 Fevral, 2017
Bakıda 30 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən oğurluq olub. “Report”un xəbərinə görə, Nərimanov rayonu 1-ci Cıdır döngəsi ev 25 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Əlisoltan Əliyevin evindən qapının kilidini sındırmaqla 2 600 manat, 1 200 ABŞ dollar və 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!