7 Fevral, 2017
ANAMA: Cocuq Mərcanlıda mina axtarışları dağılmış evlərdə də aparılır

“Cocuq Mərcanlı kəndinə giriş yolları təmizlənib, indi evlərin və həyətyanı sahələrin təmizlənməsi əməliyyatları həyata keçirilir”. Bunu Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov deyib. A.Aslanov bildirib ki, partlamamış hərbi sursatın mövculduğunun ehtimal olunduğu yerlər əsasən dağılmış evlərdir: “Uçurulmuş, dağıdılmış evlərin içərisinə böyük həcmdə beton, daş və dağıntı qalıqları tökülüb. Bizim də əsas ehtimalımız odur ki, partlamamış hərbi sursat həmin qalıqların altında ola bilər”.

Baş mütəxəssis vurğulayıb ki, ərazi tam yoxlanılacaq: “Tikintiyə təhvil vermək üçün həmin ərazi təmiz olmalıdır. Ona görə də biz o əraziləri qarış-qarış yoxlayacağıq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!