7 Fevral, 2017
Ağsuda fermer özünü güllələyib

Ağsu rayonunda güllələnmə hadisəsi olub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dilman kəndində baş verib. Rayonun Kalva kənd sakini, 1965-ci il təvəllüdlü Qəniyev Mikayıl Əliyusif oğlu Dilman kəndində özünə məxsus mal-qara fermasında güllə yarası alıb.

Özünün dediyinə görə, o, ov tüfəngi ilə ehtiyatsız davranıb və qəflətən açılan atəş nəticəsində ayağından ağır xəsarət alıb. Fermer təsərrüfatının sahibi M. Qəniyev təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!