7 Fevral, 2017
Türkiyənin mədəniyyət və turizm naziri İsraildədir

Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı İsraildə rəsmi səfərdədir. “Kanal A Haber”ə xəbər verir ki, nazir fevralın 7-8-də ölkə paytaxtı Təl-Əvivdə bir sıra rəsmi görüşlər keçirəcək.

Məlumata görə, o, İsrail dövlətinin turizm naziri Yarvi Levinlə görüşüb. Nabi Avcı Təl-Əvivdə keçirilən Aralıq dənizi turizm sərgisinə qatılıb. O, Təl-Əviv Mədəniyyət Mərkəzi və "Anadolu" agentliyi tərəfindən təşkil olunan “Türkiyə-İsrail əlaqələri: fotoqraf sərgisi”nin açılışında da iştirak edəcək.

Xatırladaq ki, Türkiyə və İsrail nümayəndələri münasibətlərin normallaşması haqqında sazişi ötən ilin iyun ayında imzalayıb. Müqaviləyə əsasən, İsrail 2010-cu ildə baş vermiş və iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olan "Mavi Mərmərə" gəmisi ilə bağlı hadisəylə əlaqədar Türkiyəyə 20 milyon dollar təzminat ödəmək məcburiyyətində qalıb. Ötən il hər iki ölkə səfir səviyyəsində diplomatik münasibətləri bərpa edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!