7 Fevral, 2017
Xameneyi: Trampa cümə günü cavab verəcəyik

İran İslam Respublikasının Ali Rəhbəri ayətullah Seyid Əli Xameneyi ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cümə günü, 1979-cu il inqilabının ildönümündə cavab verəcəklərini bildirib. Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, S.Ə.Xameneyi heç bir düşmənin İranı zəiflədə bilməyəcəyini bəyan edib:

"Tramp "Məndən qorxmalısınız" deyir. Xeyir! İran xalqı fevralın 10-da onun sözlərinə cavab verəcək və belə təhdidlərə qarşı dayandığını göstərəcək".

Qeyd edək ki, İranın həftəsonu ballistik raket sınaqlarına başlayacağı bildirilir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!