7 Fevral, 2017
Gürcüstan prezidenti Vladimir Putinlə görüşmək istəyir

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Rusiya prezidenti Vladimir Putin ilə görüşmək istəyini ifadə edib. Bu barədə "Sputnik-Gürcüstan" xəbər verir.

"Rusiya ilə münasibətlər əvvəlki - strateji səbr rejimində qalır. Bunun çətin tərəfləri var. Mən problemli məsələ olan Tsxinvali regionunda və Abxaziya ilə rəsmiləşmiş strateji əməkdaşlıq haqqında sazişləri nəzərdə tuturam. Ticarət əlaqələrində də müsbət dinamika var. Digər tərəfdən, münasibətimiz dəyişməyib", - deyə G.Marqvelaşvili "İberiya" telekanalına müsahibəsində bildirib.

Eyni zamanda, Gürcüstanın dövlət başçısı Vladimir Putinlə şəxsən görüşmək istədiyini vurğulayıb.

"Rusiya prezidenti ilə görüşlə bağlı mövqeyim belədir ki, həmişə danışıqlar masasından istifadə etmək lazımdır", - deyə G.Marqvelaşvili bildirib.

Onun sözlərinə görə, bu görüş bütün qurumların fəal iştirakı nəzərə alınaraq hazırlanmalıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!