7 Fevral, 2017
Amerikalı rejisor Bakıda seminar və təlim keçəcək

Amerikalı sənədli film ssenaristi, rejisor, produser və redaktor Lisa Liman Azərbaycana gəlib. ABŞ-ın Azərbaycandakı səfirliyindən “Report”-a verilən məlumata görə, səfər ABŞ Dövlət Departamentinin Amerika istehsalı olan filmlərin xarici ölkələrdə numayişi proqramı çərçivəsində keçirilir.

L.Liman Azərbaycan İncəsənət Akademiyasında filmlərin çəkilişi sahəsində karyeranın qurulması mövzusunda seminar və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakultəsinin tələbələri üçün sənədli filmlərin çəkilişi üzrə bir həftəlik təlim keçəcək.  O, eyni zamanda azərbaycanlı rejisorlarla görüşüb fərdi və qrup şəklində məsləhətləşmələr aparacaq.

L.Liman universitetlərdə tələblər üçün film təlimləri ilə yanaşı ictimaiyyət üçün açıq və ödənişsiz seminarlar da keçirəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!